Bakıda ağaclıq ərazidə yanğın olub


Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 kvadrat metr sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top