“İmamzadə”nin ətrafında ümumşəhər iməciliyi keçirilib - FOTOLAR


Gəncə Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə Kompleksin ətrafında yerləşən qəbirstanlıqda ümumşəhər iməciliyi keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, iməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP-ın Gəncə şəhər təşkilatının könüllüləri, şəhər ictimaiyyəti və sakinlər iştirak ediblər. 
İməcilik zamanı Kompleksin ətrafında yerləşən qəbirstanlıqda təmizlik və abadlıq işləri həyata keçirlib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. 
Qeyd edək ki, işlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub. 
Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansında olan Qədim Gəncə Qalasına və Comərd Qəssab türbəsinə baş çəkib. Şəhər rəhbəri vaxtı ilə tökülmüş inşaat tullantılarının ərazidən daşınması, yolun hamarlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və kompleks işlərin icra olunması ilə əlaqədar olaraq müvafiq tapşırıqlar verib. 
Onu da nəzərinizə çatdıraq ki, şəhərin müxtəlif ərazilərində təmizlik işlərinin aparılması bundan sonra da davam etdiriləcəkdir.


DİGƏR XƏBƏRLƏR

Top