Kamran Əliyev iki rayon və bir şəhərə yeni prokuror təyin etdi


Azərbaycanda iki rayon və bir şəhərə yeni prokuror təyin olunub.

Bu barədə Yeniavaz.com-un sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Rahim Səfəralıyev Xızı rayon prokuroru, Fuad Məmmədov Binəqədi rayon prokuroru, Kamal Talıbov isə Şirvan şəhər prokuroru təyin ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top