Rusiyanın məşhur “Maşa və ayı” cizgi filminin yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub.
Yeniavaz.com xəbər verir ki, “Məlikməmməd” nağılı əsasında hazırlanıb.
Cizgi filmdə “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.
Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.
Cizgi filminin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.