1500 yaşlı “Justinianus” körpüsünün müəmması

İnşası Bizans İmperatorluğu dövrünə aid olan, Türkiyənin Sakarya şəhərində yerləşən “Justinianus” körpüsü 1500 illik tarixə malikdir və sirri hələ də bu günə qədər açılmayıb. Mütəxəssislər bildirib ki, körpünün hansı məqsədlə inşa olunması yalnız arxeoloji qazıntılar nəticəsində məlum ola bilər. Tarixi Ayasofya məscidi ilə yaşıd olan körpü 429 metr uzunluğunda, 9,85 metr enindədir. Bu günə qədər bir çox zəlzələlərə məruz qalaraq müəyyən çatlar əmələ gəlsə də, körpü hələ də öz ehtişamını qorumaqdadır.

Bəzi mütəxəssislər körpünün inşa səbəbini yaxınlıqdakı Sakarya çayının bir zamanlar buradan axmasında görsə də araşdırmalar bu ehtimalı yalanlayır. Çünki körpü ilə çayın istiqamətləri tamamilə ayrıdır. Sakarya çayı cənubdan şimala axsa da, körpü şimala doğru baxır.

Sakarya Universiteti İncəsənət tarixi fakültəsi müəllimi Dos. Tülin Çoruhlu bildirib ki, körpünün geniş hövzəsinə baxdıqda həqiqətən buradan bir çayın keçdiyini görmək olur: “Ancaq bu ərazidə Sakarya çayından başqa belə böyük bir çay yoxdur. Sakarya çayı da körpünün şərqindən uzaq hissədən keçir”.

Çayın öz yatağını dəyişməsi haqqında fərziyyələr irəli sürülsə də, tədqiqatçılar bu ehtimalın da az olduğu qənaətinə gəlib. Çünki, Sakarya çayı cənubdan gəlib şimala doğru axır. Körpünün arxitektura sxeminə baxdıqda, körpünün altından keçən su şimaldan cənuba doğru axmalıdır. Körpünün ayaqları və sel yarğanlarının istiqaməti də bunu sübut edir.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top