Əfqanıstanda pasportların verilməsi prosesi bərpa edilib


Əfqanıstanda 15 avqustdan dondurulan pasportların verilməsi prosesi yenidən bərpa edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Taliban" müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi Pasportlar üzrə baş direktoru vəzifəsini icra edən Alem Gül Hakkani məlumat verib. Hakkani bildirib ki, prosedurun bərpasından sonra "Taliban" rəhbərliyi hər gün minlərlə insanı pasportla təmin edir.
Nazir bunu Əfqanıstan xalqının haqqı kimi qiymətləndirib. O həmçinin vurğulayıb ki, hər kəsə pasport verilir və kimsə digərindən ayrılmır. Ölkəni tərk etmək istəyənlər üçün hər cür şəraitin yaradıldığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top