Dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırma başlandı - YENİLƏNİB


Xaçmaz rayonunda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Yeniavaz.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.


***16:32
Xaçmaz rayonu, Xudat şəhəri 5 saylı ümumi orta məktəbin 8-ci sinif şagirdi Xədicə Rəcəbova vəfat edib.

Yeniavaz.com Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov deyib. O qeyd edib ki, şagird ötən həftədən bəri qızdırması olduğuna görə ev şəraitində müalicə alıb: “Dünəndən məktəbə gəlməyə başlayıb. Bu gün isə məktəbdə halı pisləşib. Ona təcili yardım çağırıblar. Daha sonra xəstəxanada dünyasını dəyişib. Valideyni bildirir ki, evdə qızdırmalı olduğuna görə müalicə alıb".
A. Əzimovin sözlərinə görə, hələ həkim rəyi ilə tanış olmayıb: "Ona görə də onun koronavirusdan vəfat edib-etmədiyi barədə nəsə deyə bilmərik”.

DİGƏR XƏBƏRLƏR

Top