Qəbələdə 3 yaşlı uşaq su quyusuna düşərək ölüb


Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Seymur Teymur oğlu Əliyev həyətdə oynayarkən su quyusuna düşüb. Nəticədə azyaşlı boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top