Tiqray üsyançıları Efiopiyada 2 şəhəri ələ keçirdi


Son 24 saatda Tiqray üsyançı qrupları Efiopiyanın şimalındakı Amhara əyalətində yerləşən Bistima və Haik şəhərlərini ələ keçirib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə üsyançıların nümayəndəsi Reda Qetaçev məlumat yayıb.
Qeyd edək ki, bu həftə ölkənin federal qüvvələri ilə Tiqray bölgəsindən olan üsyançı dəstələri arasında döyüşlər başlayıb. Üsyançılar həftə sonu Vegel-Tena şəhərini ələ keçirmişdilər. Hazırda Dess şəhəri uğrunda gərgin döyüşlər aparılıb.
Efiopiya Hərbi Hava Qüvvələri paytaxt Mekele də daxil olmaqla Tiqray əyalətindəki hədəfləri vurub. Hadisə nəticəsində 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı bildirilir. 

 

DİGƏR XƏBƏRLƏR

Top