Xalq artisti Canəli Əkbərov komaya düşüb - YENİLƏNİB

 


"Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb".
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu sənətçinin oğlu Sabir Əkbərov deyib.
"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.

***13:04
Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.
O bildirib ki, C.Əkborov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.
Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.

DİGƏR XƏBƏRLƏR

Top