“Oktyabrın 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Yeni Azərbaycan Partiyasının (YAP) videoformatda konfransı keçiriləcək”.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın Mərkəzi Aparatında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tədbirdə Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı müzakirələr aparılacaq.