Saakaşvili Gürcüstana niyə təyyarə ilə qayıtmayıb?


Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvilinin təyyarə bileti ləğv olunduğu üçün ölkəyə qeyri-qanuni yolla gəldiyi bəlli olub. 
Yeniavaz.com
"Sputnik Georgia"ya istindən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Ukrayna  Ali Radasının deputatı Yelizaveta Yasko jurnalist Alesa Batsmana məlumat verib:
“Eks-prezident Mixail Saakaşvili Gürcüstana əvvəlcə təyyarə ilə getməyi planlaşdırırdı, lakin onun bileti ləğv olundu".
Yelizaveta Yasko həmçinin bildirib ki, onun təyyarəyə buraxılmayacağı və ya təyyarənin uçuşa qalxmayacağı ilə bağlı məlumatı var idi:
"Çox güman ki, o, bu təyyarədə uçmasına icazə verilməyəcəyini başa düşürdü. Sonrakı mərhələyə necə qərar verdiyini deyə bilmərəm, çünki mən Strasburqda idim. Bilet alınmışdı, amma ləğv edildi. Rezervasiya sisteminə hücumlar olunmuşdu. Onun uçuşunun ləğv edilməsi üçün hər şey edilmişdi. Düşünürəm ki, o, təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün belə edib".
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sentyabrın 27-də feysbuk hesabından bildirib ki, o, 2 oktyabr - Bələdiyyə seçkiləri günündə Gürcüstana gəlmək üçün Kiyevdən Tiflisə təyyarə bileti alıb. Oktyabrın 1-də isə o, Gürcüstanda saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top