Sumqayıtda iki uşaq anası özünü 6-cı mərtəbədən atdı


Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ş. Əliyeva ailəli olub, 2 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top