Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xaricdən 95 milyon 686 min 701 ədəd tibbi maska gətirilib. İdxal olunan tibbi maskanın ümumi dəyəri 3 milyon 554,39 min dollar (6 milyon 42,5 min manat) olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, bu ilin ilk 8 ayında ölkəyə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 3,7 sent və ya mövcud məzənnə ilə 6,3 qəpik olub.
Avqust ayında idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 3 sent və ya mövcud məzənnə ilə 5,1 qəpik olub.
Onu da bildirək ki, son bir-neçə aydır apteklərdə tibbi maskların bir ədədi 20 qəpiyə satılır.
Aylar üzrə ən çox maska yanvar ayında, ən az maska isə aprel ayında gətirilib.
Bu ilin (2021-ci il) ilk 8 ayında Azərbaycanın xaricdən aldığı tibbi maskaların sayı və qiyməti aşağıdakı kimi olub:
Aylar | Sayı | Məbləğ | Bir ədədin gömrük dəyəri |
Yanvar | 15 940 640 ədəd | 434,85 min $ | 4,6 qəpik (2,7 sent) |
Fevral | 12 304 280 ədəd | 398,23 min $ | 5,5 qəpik (3,2 sent) |
Mart | 13 583 000 ədəd | 401,06 min $ | 5 qəpik (2,9 sent) |
Aprel | 5 504 260 ədəd | 209,96 min $ | 6,5 qəpik (3,8 sent) |
May | 12 270 524 ədəd | 965 min $ | 13,3 qəpik (7,7 sent) |
İyun | 8 453 610 | 296,55 | 6 qəpik (3,5 sent) |
İyul | 18 141 500 | 563,67 | 5,3 qəpik (3,1 sent) |
Avqust | 9 488 887 | 285.08 | 5,1 qəpik (3 sent) |
CƏMİ | 95 686 701 ədəd | 3 554,39 min $ | 6,3 qəpik (3,7 sent) |