Rusiyada koronavirusun yeni variantı aşkarlandı


Rusiyada delta ştammının alt növü olan AY.4.2 variantı aşkarlandı.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor” Mərkəzi Araşdırma Epidemiologiya İnstitutunun insan xəstəliklərinin diaqnozu üçün yeni metodların hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Xafizov bildirib. AY.4.2 variantının ilk dəfə İngiltərədə kəşf edildiyi bildirilib. İngilis alimlərinə görə, delta suşunun 45 alt növündən biridir. Ekspertlər bu növlərin ölkədə koronavirusun artmasına təkan verəcəyini vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top