Rəsul Çunayev üçüncü dəfə tələbə oldu - FOTO


Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti ali təhsilini alacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün İnstaqram hesabında məlumat verib:
"İndi  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir".
Qeyd edək ki, idmançı daha əvvəl AzDBTİA və BDU-da ali təhsil alıb.

DİGƏR XƏBƏRLƏR

Top