Sumqayıtda minik avtomobili ilə toqquşan avtobus aşdı - FOTO

Sumqayıtın İnşaatçılar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Xeberle.com-un məlumatına görə, “Mercedes” markalı avtomobil 42 nömrəli marşrut xətti üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində avtobus aşıb. Minik avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı xəsarət alıb. Avtobusda ciddi xəsarət alan olmayıb.

Hadisəyə hüquqi qiymət aparılan avtoekspertizadan sonra veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top