Goranboy polisi yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün tədbir keçirdi


Piyadavurma və digər yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri həyata keçirilir. 
Yeniavaz.com
xəbər verir ki, məktəblərdə dərslərin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə, “Diqqət uşaqlar!” adı altında Goranboy rayonunda da tədbirlər həyata keçirilib. Rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin Təbliğat təşviqat işləri üzrə inspektoru, rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə şagirdlərlə maarifləndirici söhbətlər aparıb. Həmçinin məktəblilərə yol nişanları haqqında məlumatlar olan vəsaitlər paylanıb.
Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində DYP bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları ilə birgə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura piyada zolaqlarının yenidən rənglənməsi, yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi daxildir.
Esmira Hidayətova,Goranboy.

 

DİGƏR XƏBƏRLƏR

Top