İnsanlar hansı peşə sahiblərinə nə qədər etibar edirlər? – SİYAHI


Dünyanın məşhur araşdırma şirkətlərindən olan Fransanın “İpsos” şrkəti “Qlobal Etibarlılıq İndeksi 2021” adlı növbəti hesabatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “İpsos” şirkəti aralarında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Braziliya, Çin, Hindistan, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin də olduğu 28 ölkədə 19 min 570 şəxs arasında sorğu keçirib. 
Sorğu zamanı insanlardan “Ən çox və ən az etibar etdiyiniz peşə sahibləri kimlədi?” sualı soruşulub. 
İnsanların ən çox etibar etdiyi peşə sahibi həkimlər olub. Rəyi soruşulanların 64%-i həkimlərə etibar etdiklərini deyiblər. 
İnsanların ən az etibar etdiyi peşə sahibləri isə siyasətçilər olub. Sorğunun keçirildiyi ölkələrdə rəyi soruşulan insanların yalnız 10%-i siyasətçilərə etibar etdiyini deyib.

Sorğunun nəticəsi aşağıdakı kimi olub:
Həkimlər – 64% 
Elm adamları – 61%
Müəllimlər – 55% 
Hərbçilər – 42%
Polislər – 37%
Hakimlər – 34%
Vəkillər – 29%
Televizya aparıcıları – 27%
Din xadimləri – 25%
Məmurlar – 24%
Jurnalistlər – 23%
Bank işçiləri – 23%
Şirkət sahibləri – 23%
Reklam agentləri – 15%
Nazirlər – 14%
Siyasətçilər – 10%
Qeyd edək ki, bəzi peşə sahiblərinə olan münasibət ayrı-ayrı ölkələrdə fərqli olub. Məsələn, Rusiyada rəyi soruşulanların yalnız 23%-i polisə etibar etdiyini deyib. Türkiyədə bu göstərici 52%, ABŞ-da 53% olub. 
Rusiyada insanların ən çox etibar etdiyi peşə sahibiləri hərbçlər olub (75%). Türklər isə ən çox həkimlərə (69%) etibar ediblər.

DİGƏR XƏBƏRLƏR

Top