Bakı metrosunda problem yarandı - Vaqonlar boşaldıldı


Bakı metrosunda qatarların intervalında gecikmə olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, metronun “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb:
“Belə ki, “Neftçilər” stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib”.

DİGƏR XƏBƏRLƏR

Top