Anasının dayəyə verib yoxa çıxdığı azyaşlının nənəsi tapılıb


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən və daha sonra valideynləri tapılmadığı üçün sığınacağa yerləşdirilən azyaşlı qızla bağlı məlumat yayıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb:
"Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib. Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var. Həmçinin nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır. Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verildiyi barədə məlumatlar yayılıb.
Qeyd olunub ki, 8 gün ərzində uşağı dayəyə verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, onun anasının telefonuna zəng çatmayıb. Dövlət Komitəsi bundan sonra azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top