"Taliban"ın nümayəndə heyəti Moskvadadır


"Taliban"ın nümayəndə heyəti Əfqanıstanla bağlı keçiriləcək Moskva formatında iştirak etmək üçün Moskvaya gəlib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, heyətə  Əfqanıstanın müvəqqəti hökumətinin sədrinin müavini Mövləvi Əbdül Salam Hənəfi başçılıq edir. Moskvaya gələn heyət arasında Əfqanıstanın xarici işlər naziri Əhmədullah Müttəki də daxil olmaqla bir neçə nazir var.
Bildirilir ki, "Taliban" hərəkatının nümayəndə heyəti Əfqanıstanla bağlı Moskva formatında məsləhətləşmələrin keçiriləcəyi prezident otelində yerləşib.
Nümayəndə heyəti jurnalistlərin suallarını cavablandırmayıb.

DİGƏR XƏBƏRLƏR

Top