İrəvan-Gümrü yolunda qəza - 5 ölü, 12 yaralı


Ermənistanın Aragatsotn vilayətində faciəvi avtomobil qəzasında 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yeniavaz.com
"news.am"a istinadən xəbər verir ki, hadisə İrəvan-Gümrü avtomobil yolunda qazelin yoldan çıxması nəticəsində baş verib. Minik avtomobili yeni tikilən Şimal-Cənub yoluna qoyulmuş daş və beton maneələrə çırpılaraq, bir neçə dəfə dövr edib və yoldan çıxıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.
Polis sürücünün, qəzada ölənlərin və yaralıların kimliyini müəyyənləşdirir.

DİGƏR XƏBƏRLƏR

Top