Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi korrupsiya şübhəsi ilə ölkənin Sərhəd Xidmətinin baş qərargah rəisini və bir neçə əməkdaşını saxlayıb.
Yeniavaz.com "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, saxlanılanlar arasında baş qərargah rəisi ilə yanaşı, Respublika Sərhəd Xidmətinin sərhəd xidməti rəisinin birinci müavini və Özbəkistanla sərhəddə yerləşən sərhəd-keçid məntəqəsinin rəisi Kursanbek Bektaşov da var. Onlar külli miqdarda rüşvət almaqda günahlandırılır.
Bildirilir ki, Bektaşov, digər məhbus və yük maşınının sürücüləri də daxil olmaqla sərhəd postunu keçən Özbəkistan vətəndaşlarından mütəmadi olaraq rüşvət alıb. Saxlanılanlar barəsində cinayət işi açılıb. Hazırda onlar Milli Təhlükəsizlik Dövlət Komitəsinin müvəqqəti saxlanma təcridxanasındadırlar.