"BioNTech"in qurucusu xərçəng peyvəndi ilə bağlı tarix verdi


ABŞ-ın əczaçılıq şirkəti "Pfizer" ilə birlikdə dünyada təsdiqlənmiş ilk koronavirus peyvəndini hazırlayan "BioNTech" şirkətinin qurucuları Uğur Şahin və Özlem Türeci bir müddətdir üzərində işlədikləri xərçəng peyvəndinin gedişatı ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onlar yunan mətbuatına məlumat veriblər. Bildiriblər ki, mRNA texnologiyası ilə hazırlanan xərçəng peyvəndindən ümidverici xəbər var:
"İnanırıq ki, xərçəng tezliklə vaksinlərlə müalicə edilə bilər. 20 ildən çoxdur ki, kök hüceyrələrlə işləyirik. Bu texnologiyalarla bağlı məlumatlara sahibik".
Uğur Şahin üzərində işlədikləri testlərin nəticələri müsbət olarsa, ilk xərçəng peyvəndinin təsdiqlənməsi üçün 3-4 il vaxtın lazım olduğunu bildirib.
Qeyd olunub ki, peyvənddən sonra xəstələr sağalırlar, amma xəstə 2-3 il metastaz verə bilər.
Uğur Şahin üzərində işlədikləri xərçəng əleyhinə peyvəndlərin qarşıdakı 2-3 ildə satışa çıxarılacağını və məqsədlərinin xərçəng xəstəliyində təkrarlanmanın qarşısını almaq olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top