Gəlirlər 2, qiymətlər 6 faiz artıb - RƏSMİ


Bu ilin ilk 9 ayında Azərbaycan əhalisinin gəlirləri  42 milyard 251,7 milyon manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son 9 ayda hər bir Azərbaycan vətəndaşının gəliri orta hesabla 4 min 219,3 manat təşkil edib.  
Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2% artıb.
Onu da bildirək ki, bu ilin ilk 9 ayında istehlak qiymətləri (inflyasiya) ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artıb.
Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 6% artıb.

DİGƏR XƏBƏRLƏR

Top