Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat tapılıb - FOTOLAR


Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edərək götürüb, aidiyyəti üzrə təhvil veriblər.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata əsasən, həmçinin, rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.



DİGƏR XƏBƏRLƏR

Top