“Bakı Telefon Rabitəsi” “Huawei”dən 3 milyon manatlıq mal alır


“Bakı Telefon Rabitəsi” MMC-nin keçirdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, katirovka sorğusunun qalibi “Huavei Technologies Azərbaycan” MMC olub.
“Bakı Telefon Rabitəsi” MMC “Huavei Technologies Azərbaycan” MMC-dən Ələt qəsəbəsində “Azad İqtisadi Zona”nın yaradılması ilə əlaqədar aktiv avadanlıqlar və quraşdırılması üçün tələb olunan mal-materiallar satın alacaq.
Qeyd olunan mal-materialların alınması üçün “Bakı Telefon Rabitəsi” MMC “Huavei Technologies Azərbaycan” MMC-yə 3 milyon 300 min manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, “Huavei Technologies Azərbaycan” MMC-nin nizamnamə kapitalı 300 min ABŞ dollarıdır (510 min AZN).

DİGƏR XƏBƏRLƏR

Top