Nazirlik bu şirkətdən 17,5 min manatlıq məhsul alacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Sahələrarası Nəqliyyat və Kompleks Təminat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "İCEA UNİFORM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN - 3103251781) olub.
Yeniavaz.com
xəbər verir ki, "İCEA UNİFORM" MMC nazirliyin idarəsinə 17 min 500 manat 58 qəpiklik xüsusi geyimlər, yumşaq inventar və yataq dəstləri satacaq.
Məlumat üçün bildirək ki, ESTN-nin Sahələrarası Nəqliyyat və Komleks Təminat İdarəsi tender müsabiqəsini sentyabr ayının 4-də elan edib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “AZ1119, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 38”də yerləşir.
MMC-nin qanuni təmsilçisi isə Cəfərov Elnur Mövlud oğludur.

DİGƏR XƏBƏRLƏR

Top