Qaxda 2 uşaq göbələkdən zəhərlənib, biri vəfat edib


Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

Hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.//report

DİGƏR XƏBƏRLƏR

Top