25 yaşlı qadın ailə münaqişəsi zəminində intihara cəhd edib


Gənc qadın ailə münaqişəsi zəminində özünə qəsd edib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Mingəçevir şəhərinin Günəşli yaşayış massivi ərazisində yerləşən fərdi təsərrüfatlardan birində  baş verib. Belə ki, 1996-cı il təvəllüdlü şəhər sakini Şükürova Şalə Nüfər qızı  kəsici vasitə ilə əl-qolunu doğrayaraq özünə qəsd edib. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top