Bakıda bağça koronavirusa görə bağlandı - RƏSMİ


Bakı şəhərində bir bağça koronavirusa görə bağlanıb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, üç müəllimin koronavirusa yoluxması səbəbindən bağçalardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı təsdiq ediblər:
“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin bağçanın fəaliyyəti 14 gün müddətinə bağlanıb”.

DİGƏR XƏBƏRLƏR

Top