Keşlə sakini: “Kanalizasiya borusunu dəyişmək yerinə köhnəni istifadə etdilər” – FOTOLAR


Nizami rayonu Keşlə qəsəbəsi Davud Aslan 2 ünvanında yaşayan Yavər Əzizamanova idda edir ki, Sukanal idarəsinin əməkdaşları sıradan çıxmış kanalizasiya borusunu yenisi ilə əvəz etmək yerinə qəzalı vəziyyətdə olan köhnə borudan istifadə ediblər.
Yeniavaz.com xəbər verir ki, qəsəbə sakini iddia edir ki, kanalizasiya borusu lazımi ölçülərdə yenisi ilə əvəzlənmədiyi üçün yaxın aylarda yenidən eyni problem yaşayacaqlar:
“Kanalizasiya borusu yolun altından keçdiyi üçün sıradan çıxıb. Buna görə də su yaxşı getmir. Gəlib həmin yeri qazdılar, düzəltdilər. Borunu yenisi ilə əvəzləmək yerinə köhnə borunu təzədən istifadə etdilər. Halbuki, yeni və daha iriölçülü borudan istifadə etməli idilər. Bu müvəqqətidir. Biz istəyirik ki, problem birdəfəlik həll edilsin. Yaxın aylarda yenidən eyni problem yaşayacağıq”.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlama çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Qasım Xuluflu
 

DİGƏR XƏBƏRLƏR

Top