Bu gün xəstəxanada intihara cəhd edən həkim açıqlama verdi


Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızının qayçı ilə özünü doğrayaraq intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb. Həkim yoldaşlarının intihara mane olduğu və cəhdin qarşısını aldıqları bildirilir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə unikal.org-a danışan həkim intihara cəhd etməsini institutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezməsi ilə əlaqələndirib. İddiasına görə, ötən həftənin cümə günü vaksinasiyaya gedən zaman işdə olmadığı müddətdə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs şöbə müdiri Nuriyyə Səlimova olsa da, günahı onun üzərinə atıblar.

“Qafqazinfo” məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan sorğumuza cavab olaraq bildirilib ki, Aynur Əsədli əmək vəzifəsini icra etmədiyinə görə ondan izahat istənilib: “Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.

Qeyd edək ki, artıq bir neçə ildir A. Əsədli ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru və şöbə müdiri arasında narazılıq var. Hətta tərəflər bir-birini məhkəməyə də veriblər.

DİGƏR XƏBƏRLƏR

Top