Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun qardaşı Rəşad Şükürov oxu.az-a açıqlamasında deyib. Bildirib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik ağır olaraq qalmaqdadır:
“Hazırda həkimlər onun sağalması üçün əllərindən gələni edir. Vəziyyəti ağırlaşıb”.
Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.