Yaponiya və ABŞ rəsmiləri Pxenyanın raket atmasını müzakirə edib


Yaponiya və ABŞ nümayəndələri Koreya Xalq Demokratik Respulikasının raket atmasını telefon danışığı zamanı müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Məsələ hər iki ölkənin adı verilməyən yüksək vəzifəli şəxsləri tərəfindən müzakirə edilib. Danışıq zamanı onlar KXDR-nin növbəti raket testi ilə yanaşı, gələcək əməkdaşlığa da yer veriblər. Müzakirələrin detalları ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Cənubi Koreya ordusu KXDR-in Yapon dənizinə naməlum bir mərmi atdığını və ballistik raket sınaqdan keçirdiyini bildirib.Ehtimal olunur ki, bu, sözügedən raket sualtı ballistik raket (SLBM) olub. Həmçinin Yaponiyanın baş naziri Fumio Kişida, KXDR tərəfindən iki dəfə raket atıldığını bildirb.

 

DİGƏR XƏBƏRLƏR

Top