"Taliban" nümayəndələri sabah Moskva formatında iştirak edəcək


Uzun müddətdir müzakirələri davam edən Əfqanıstanla bağlı keçiriləcək Moskva formatında "Taliban" nümayəndələri də iştirak edəcək.
Yeniavaz.com
"ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məluamt verib. O bildirib ki, görüş 20 oktyabrda həyata keçiriləcək və "Taliban"ın yüksək rütbəli nümayəndələri iştirak edəcək. Görüşdə iştirakçı dövlətlər Əfqanıstandakı hərbi-siyasi vəziyyəti və inklüziv hökumətin qurulmasını müzakirə edəcək. Foruma bölgənin 10 ölkəsinin nümayəndəsi qatılacaq.
Xatırladaq ki, Moskva formatı 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin altı tərəfli məsləhətləşmə mexanizmi əsasında yaradılıb. 
Qeyd edək ki, "Taliban" tərəfi bundan əvvəl Moskva formatında iştirak edib-etməyəcəyi ilə bağlı dəqiq məlumat verməmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top