KİV: İsrail İranın nüvə obyektlərini vurmaq üçün 1,5 milyard dollar ayırdı


İsrail İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1,53 milyard dollar) ayırdığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, İsrailin "Kanal 12" televiziyası məlumat verib. Xəbərdə bu fondun 3 milyard şekelinin bu ilin büdcəsinə, 2 milyard şekelin gələn ilin büdcəsinə əlavə ediləcəyi qeyd edilib. Büdcədən kəşfiyyat toplanmasına və xüsusi silahlanmaya da yer ayrılacaq.
Məsələ ilə bağlı İsrail rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top