
Əfqanıstanın ABŞ üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad olduğu vəzifəni tərk edir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken yazılı açıqlama yayıb. Açıqlamada Xəlilzada xidmətlərinə görə təşəkkür edilib. Onun yerinə əvvəllər Zalmay Xəlilzadın müavini işləmiş Tomas Uest təyin olunacaq.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən Əfqanıstan üzrə xüsusi nümayəndə təyin edilən Xəlilzad ABŞ-ın "Taliban"la danışıqlarında əhəmiyyətli rol oynadığı xüsusilə vurğulanır.