Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
Yeniavaz.com bu barədə Sputnik Ermənistana istinadən xəbər verir
Xəbərdə bildirilir ki, Ermənistan Baş nazirin müavini Mher Qriqoryanın başçılıq etdiyi Ermənistan hökumətinin nümayəndə heyəti iki günlük səfərlə oktyabrın 20-də Moskvaya gedəcək.
Qriqoryan Aleksey Overçuk və Şahin Mustafayevlə danışıqlar aparacaq.