Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI


Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəziyyəti daha da ağırlaşıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib:

“Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top