Nazirlik Bakıdakı qalmaqallı klinikanı məhkəməyə verdi


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Medaura Klinikası” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, məhkəmə (Hazırlıq) iclası 15.11.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək. 
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Nəsimi rayonu, Salatın Əsgərova, ev 178 –də yerləşən  “Medaura Klinikası” MMC 25.10.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “Medaura Klinikası”nın qanuni təmsilçisi Zeynallı Nihat Yusasif oğludur.
Nazirliyinin MMC-yə qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırdığı açıqlanmayıb. Amma qeyd edək ki, Vergilər Xidmətinin reyester məlumatlarında “Medaura Klinikası”nın dövlət büdcəsinə 11 min 486 manat 34 qəpik vergi borcunun olduğu göstərilir.
Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “MedAura” klinikasında 37 yaşlı bir qadının estetik əməliyyat zamanı dünyasını dəyişməsilə bağlı məlumatlar yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top