Vilayət Eyvazovdan yeni təyinat


Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Yeniavaz.com xəbər verir ki, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib.
Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top