"Ağdağ yüksəkliyi Azərbaycanın nəzarətinə keçib" - Parsyan


“Qafan şəhəri yaxımnlığındakı Ağdağ yüksəkliyi (ermənilər Pela dağı deyir) Azərbaycanın nəzarətinə keçib”.

Yeniavaz.com xəbər verir ki, bunu Qafan icmasının rəhbəri Gevork Parsyan mətbuata açıqlamasında deyib.
O bildirib ki, həmin yüksəkliyin Azərbaycan tərəfinin nəzarət etməsindən 2 gün keçir:
“Mənə bildirdilər ki, Ağdağ yüksəkliyi tamamilə Azərbaycanın nəzarətindədir”.
Məlumatda bildirilir ki, yüksəkliyin bir hissəsi erməni hərbçilərinin, digər hissəsi isə azərbaycanlıların nəzarətində idi.
Qeyd edək ki, Ağdağ yüksəkliyinin Azərbaycan təhvil verilməsi ilə bağlı razılıq bu ilin qış aylaşında əldə olunsa da lakin rəsmi heç bir məlumat yayılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top