Mingəçevirdə Müstəqilliyin Bərpasının 30 illiyinə həsr olunmuş sərgi keçirilib - FOTOLAR


18 Oktyabr - Müstəqilliyin Bərpasının 30 illiyi münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənc istedadların  rəsmlərindən ibarət sərgi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, sərgidə şəhərin Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilmiş müsabiqənin qaliblərinin rəsm əsərləri nümayiş olunub. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli gənc rəssamların əl işlərinin nümayiş olunduğu sərgidə iştirak ediblər. Şəhər rəhbəri ilə parlamentin sədr müavinini  hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşaiyət ediblər.
Tədbir öncəsi,  icra hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli mərkəzin önündə ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra, Uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin ifasında Müstəqilliyin bərpasının 30 illiyinə həsr olunmuş əbədi-bədii kompozisiya səsləndirilib. İstedadlı uşaqların dilə gətirdiyi günün anlam və önəmini vurğulayan şeirlər tamaşaçılarda xoş ovqat yaradıb. Ardınca, sərgiyə baxış keçirilib, qonaqlara hər bir əsər barədə ətraflı məlumat verilib. Sərgidə nümayiş olunan əsərlər onların böyük marağına səbəb olub.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top