Bakıda bağlanan məktəbdə virusa yoluxanların sayı açıqlandı - YENİLƏNİB


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Yeniavaz.com-a verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***13:06
Bakı şəhəri 20 nömrəli məktəb-lisey distant təhsilə keçib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, məktəbdə müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma qeydə alındığından sabahdan dərslərin distant formada keçirilməsinə qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top