Quba sakini 9 aydır itkin düşüb


Quba rayon sakini Məmmədov İftixar Balaşirin oğlu doqquz aydır itkin düşüb.
Bu barədə Yeniavaz.com-a onun atası Balaşirin Məmmədov məlumat verib.
O, rayonun İspiç kəndində yaşayan 1989-cu il təvəllüdlü oğlu İftixar Məmmədovla sonuncu dəfə yanvarın 14-də işlədiyi daş karxanasında görüşdüyünü deyib:
“Səhər növbəni dəyişmək üçün işə getdim. İftixar karxanadan çıxıb evə getməli idi. Bundan sonra ondan xəbər olmadı”.
B.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat verilib.
İftixar Məmmədovu görənlərdən 050-535-05-58, 070-535-05-58 nömrələrinə zəng etmələri və ya polisə məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top