Bakıda küçədə söyüş söyən şəxs ona irad tutan kişini bıçaqladı


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Ələkbərov Güloğlan Veysəl oğlu küçədə söyüş söyən şəxslərə öz iradını bildirib. Bu zaman o, həmin şəxslərdən biri ilə əlbəyaxa dava edib. Dava zamanı G.Ələkbərov əl və ayaq nahiyəsindən iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top