Bakı-Qazax yolunun bu hissəsi bağlandı - FOTO


Bakı-Qazax yolunda, Bakı istiqamətində hərəkət bir müddətliyinə məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə görüntülər sürücülər tərəfindən redaksiyamıza göndərilib. Yolun bağlanmasına görə, Bakıya təxminən 70 kilometr qalmış təxminən 7-8 kilometrlik tıxac baş verib. 40 dəqiqəyə yaxın hərəkət məhdudlaşdırıldıqdan sonra yolun açıldığı bildirilib. Yolun bağlanma səbəbi barədə DYP ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

 

DİGƏR XƏBƏRLƏR

Top