Bu gün ölkədə nə qədər insana koronavirus peyvəndi vurulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top